"Haqqımda yazılanlar cəfəngiyyatdır və heç bir əsası yoxdur" - Kəmaləddin Heydərovdan sərt mesaj

img

08-12-2017 [17:37]


Xəbər verdiyimiz kimi, bir neçə gün bundan əvvəl Azərbaycanın vergilər naziri Fazil Məmmədov prezident İlham Əliyevin sərəncamı ilə azad edilib.

Mətbuatda F.Məmmədovun vəzifəsindən azad olunması səbəbini digər məsələlərlə yanaşı, Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovla da bağlayanlar var. Belə ki, bəzi KİV-lərdə F.Məmmədovun Fövqəladə hallar naziri Kəmaləddin Heydərovla münasibətlərinin gərgin olduğu, lakin sonda məğlub olan sayca altıncı nazir olduğu yazılır.

Mia.az xəbər verir ki, Kəmaləddin Heydərov unikal.org-a açıqlamasında yazılanlara belə münasibət bildirib: "Haqqımda yazılanlar cəfəngiyyatdır və heç bir əsası yoxdur. Kim nə istəyirsə, qoy yazsın. Əsassız fikirlərə şərh verməyə vaxtım yoxdur. Sağ olun!”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA