Səfir Abbasəli Həsənovla komitə sədri Racabboy Axmadzoda arasında görüş keçirilib - Müzakirə + FOTO

img

05-12-2017 [21:22]


Bu gün Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı səfiri Abbasəli Həsənov Tacikistan Respublikasının Dövlət torpaq və geodoziya komitəsinin sədri Racabboy Axmadzoda arasında görüş keçirib.

Səfirlikdən Mia.az-a daxil olan məlumata görə, görüş zamanı ölkələrimiz arasında mövcud olan ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq hissi bildirilərək, Azərbaycanın Qafqaz regionunda peyklərə malik yeganə dövlət olduğu qeyd olunub. 

"Azərkosmos" ASC-nin malik olduğu imkanları kənd təsərrüfatı, fövqəladə hallar, meliorasiya, geologiya, şəhərsalma, torpaq ehtiyatları və başqa sahələr üzrə tətbiq edilməsi müzakirə edilib.

Səfir A.Həsənov Azərbaycan və Tacikistan arasında diplomatik əlaqələrin qurulmasının 25 illik yubileyi ilə bağlı Bakıda və Düşənbədə keçirilən tədbirlər barəsində Racabboy Axmadzodanın diqqətinə çatdırmış və ölkələrimiz arasında olan əlaqələrin ölkə prezidentləri cənab İlham Əliyevin və cənab Emomali Rahmon arasında mövcud səmimi dostluq əlaqələrinə söykəndiyini qeyd edib.

Görüş zamanı tərəflər xalqlarımızın ənənəvi tarixi dostluq münasibətlərinə malik olması, qədim Gəncə və Xucand şəhərlərinin qardaşlaşmış şəhərlər olmasının ikitərəfli münasibətlərə töhvə verməsindən məmnunluq hissi ilə vurğulanıb.

Səfir A.Həsənov Bakı və Düşənbə arasında birbaşa təyyarə reysinin açılmasının mövcud əlaqlərin daha da dərinləşməsinə kömək edəcəyini Racabboy Axmadzodaya bildirib.



Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA