"Çox yaxında onları məhv edəcəyik, belə xəyanətlə...." - Ərdoğandan Trampa kəskin xəbərdarlıq, Rusiya və İrana isə jest

img

05-12-2017 [20:43]


Türkiyə prezident Ərdoğan bu gün  AKP-nin toplantısında ABŞ-a qarşı yenə sərt mesajlar verib.

Mia.az xəbər verir ki, o, Rəqqadan İŞİD-in rahat çıxmasına görə dolayısı ilə ABŞ-ı qınayıb: "Rəqqadan rahat çıxmasına imkan verilən İŞİD hara sürgün edilib? Misirə. Yaxşı, bəs YPG terrorçularına verilən silahlar sonda kimə yönəldiləcək? Axı, Suriyada İŞİD yoxdur, o demək olar ki, bitib, o zaman verdiyiniz silahları kimə tuşladacaqsız? Omayan İŞİD-əmi? Yox. Əsəd rejiminəmi? Yenə yox. O silahlar  İrana, Türkiyəyə, gücləri yetsə, Rusiyaya tuşlanacaq. 

Siz sözdə maraqlarınızı, narahatığınızı rahat deyirsiz. Yaxşı, bəs biz hər cür xəyanəti edən sözdə müttəfiqlə necə gələcək qura bilərik?! 

Biz terror qruparını, onların Suriyadakı uzantılarını bu gün olmazsa da, çox yaxında tamam məhv edəcəyik. Bu gün dost güclərin qüvvələrinə zərər verməmək üçün çox diqqətlə hərəkət edirik. Bilin, burnumuzun dibində terror dövləti qurumasını əli-qolu bağlı seyr edəcək deyilik". 

Ərdoğan Obamanın dövründə ABŞ-la birlikdə Azad Suriya Ordusunun (ASO) qurduqlarını da xatırladıb: "İndi PYD/YGP/PKK demirlər, Suriya Demokratik Qüvvələr (ŞDQ) deyirlər. Bu tələdir. ASO-nu səninlə qurduq, o zaman bu ŞDQ dediyiniz belə yox idi.  Bundan sonra kimin nə dediyinə deyil, kimin meydanda nə etdiyinə baxacağıq".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA