Yaxında Dağlıq Qarabağda hərbi əməliyyatların başlanacağı qaçılmazdır - Xəbərdarlıq

img

05-12-2017 [13:11]


Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüzün ardınca general-leytenant Yavuz Türkgencinin başçılıq elədiyi nümayəndə heyəti bu gün Bakıya səfərə gəlib.

Bir neçə gün öncə Ermənistan prezidenti Serj Sərkisyan Dağlıq Qarabağa səfər edərək hərbçilərlə görüşüb, müşavirə keçirmişdi.

Bundan əlavə erməni ordusu son günlər Dağlıq Qarabağda hərbi təlimlər keçirir. Ümumiyyətlə, son zamanlar bölgədə hərbi canlanma artan templə davam edir.

Mia.az xəbər verir ki, baş verənlərlə bağlı hərbi ekspert Abuzər Əbilov "Ölkə.Az"a açıqlama verib: 
"Son ayların geosiyasi gedişatı bunu deməyə əsas verir ki, Ermənistan artıq öz ağasına belə desək təpik atmağa meyillidir. Avropaya yönlənmə bir növ özünü qiymətə mindirmək siyasəti olsa belə, Moskvanın ruporu olan Rusiya KİV-ləri göründüyü kimi aldıqları komanda ilə Ermənistan üzərinə informasiya həmləsinə başlayıblar. Bu da artıq Rusiyanın Ermənistanın hərəkətlərindən hiddətləndiyini və onun cəzalandırılacağı anlamına gətirir. Məhz bunu anlayan Ermənistan rəhbərliyi əlində olan kartdan, yəni, Qarabağ regionuna səfərlərlə doldurmağa çalışaraq özünün iqtisadi və siyasi tənəzzülünü yenə də müharibə aurası ilə doldurmaq istəyir.

Lokal müharibə qaçılmazdır. Mən təəssüf edirəm ki, Qarabağ savaşı məhz Ermənistanı cəzalandırmaq üçün gündəmə gəlir. Bu müharibə böyük dövlətlərin iradəsi ilə yox, xalqımın istəyi ilə olmalıdır. Lakin gəlin boynumuza alaq ki, böyük güclərin arasında Azərbaycan elə də bir söz sahibi deyil və Qarabağ problemi artıq ümumdünya probleminə çevrilib. Məhz Türkiyə Silahlı qüvvələrini təmsil edən yüksək rütbəlilərin də regiona səfərləri, bunu deməyə imkan verir ki, yaxında hərbi əməliyyatların başlanacağı qaçılmazdır və həmişə olduğu kimi məhz Türkiyə Azərbaycanın yanında olacaqdır. Tamamilə Qarabağın ermənilərdən təmizlənməsindən söhbət gedə bilməz. Güclərin əlində olan bu kart inanmıram bu tezliklə vurula. Lakin "aprel" burunovulmasını gözləmək realdır. Və buna hazır olmalıyıq".


Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA