"Liderlər proseslərin qarşısını almaq əvəzinə, onların arxasınca sürünürlər... " - PA rəsmisi

img

04-12-2017 [14:49]


"Beynəlxalq təşkilatlar, aparıcı ölkələr hadisələrin qarşısını almaq əvəzinə, onların arxasınca sürünürlər".

Mia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov "Twitter"dəki səhifəsində yazıb. 

N.Məmmədovun sözlərinə görə, beynəlxalq aləmdə gedən prosesləri izlədikdə, təəssüflər olsun, belə qənaətə, nəticəyə gəlmək olur ki, başda BMT olmaqla beynəlxalq təşkilatlar, ittifaqlar və planetin aparıcı ölkələri və liderlər hadisələrin, proseslərin qarşısını almaq, onları qabaqlamaq əvəzinə, onların arxasınca sürünürlər: "İntellekt və inkişafın indiki səviyyədə olduğunu nəzərə aldığımız zaman - belə vəziyyət müasir beynəlxalq münasibətlərin böyük və təhlükəli problemidir. Beynəlxalq birliyin iqlim dəyişikliyi probleminə münasibəti də bu xarakterlidir".


Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA