03-12-2017 [21:15]
Bu gün Tehranda İran və Azərbaycanın sərhəd komandanlarının 10-cu iclası keçirilib.
İclasda sərhəd məsələləri üzrə əməkdaşlıq müzakirə edilib.
İran Sərhəd Qoşunlarının komandanı Qasim Rezayi deyib ki, iki ölkənin sərhədlərindən qeyri-qanunu keçid baş vermir. "İki ölkənin sərhədçilərinin koordinasiyalı fəaliyyəti və aidiyyatı qurumların birgə əməkdaşlığı nəticəsində iki ölkənin sərhədində qaçaqmalçılıq baş vermir. İki ölkənin sərhədçilərinin əməkdaşlığı nümunə göstəriləcək səviyyədədir”.
İran və Azərbaycanın çox qədim tarixi bağlara və müştərək mədəniyyətə sahib olduğunu qeyd edən Q. Rezayi ötən 10 il ərzində iki ölkə sərhədçilərinin Astara, Parsabad, Naxçıvan kimi sərhəd şəhərlərində 10 iclas keçirdiyini nəzərə çatdırıb.
Cari ilin noyabr ayında iki ölkənin sərhədçilərinin əməkdaşlığı nəticəsində Ərbəin ziyarətinə gedən təqribən 8 min nəfər üçün gediş-gəliş çox rahat təşkil olunub. İran Sərhəd Qoşunlarının komandanı tacirlər və turistlərin gediş-gəliş üçün yaxşı şərait yaradıldığını vurğulayıb:
"Hazırda sərhəd keçid məntəqələrinin 24 saat iş rejiminə keçməsi ilə bağlı müzakirələr davam etdirilir. Gələn ay iki ölkə arasında müqavilə imzalanacaq. Astara sərhəd keçid məntəqəsində iki ölkənin sərhədçilərinin iclası keçiriləcək və dəmir yolu ilə qatarların gediş-gəlişinin təşkili, sərhəddən sərnişin və yüklərin daşınması ilə bağlı koordinasiya müzakirə olunacaq. Bizim Azərbaycanla müştərək sərhəddə heç bir problemimiz yoxdur.”
Q.Rezayi ötən il iki ölkənin sərhəd komandanlarının Bakıda keçirdiyi iclasda bir sıra razılaşmalar əldə olunduğunu xatırladıb: "Həmin sənədlərin bir qismi icra olunub. Bu günkü iclasda qalan sənədlərin icrasının, o cümlədən iki ölkənin sərhədçiləri arasında müxtəlif idman növləri üzrə yarışların, iki ölkənin sərhəd komandir müavinlərinin məlumat mübadiləsi ilə bağlı müştərək görüşünün təşkilinin zəruriliyi vurğulandı”.
Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev bildirib ki, iki ölkə arasında əlaqələr və sərhədlərdə təhlükəsizliyin təmini yüksək səviyyədədir:
"İki ölkənin sərhədləri dostluq və qardaşlıq sərhədləridir və Azərbaycan-İran sərhədində heç bir problem yoxdur. Görüşlərin nəticəsi olaraq gediş-gəlişdə rahatlıq təmin olunub. Bu sahədə statistika mövcuddur. 2017-ci ilin ötən 11 ayı ərzində 2016-cı ilin eyni dövrü ilə müqayisədə sərnişinlərin və tranzit gediş gəlişin həcmi 30 faiz artıb. Bu artım iki ölkənin qarşılıqlı əməkdaşlığı nəticəsində baş tutub. Bu müddət ərzində ötən illə müqayisədə sərnişinlərin şikayətlərinin də sayı azalıb. İran İslam Respublikasından Azərbaycana səfər edən turistlərin sayı, eləcədə Azərbaycandan İrana gedən sərnişinlərin sayı artmaq üzrədir. Gediş-gəlişin çoxalması iki ölkə arasında dostluq əlaqələrinin olmasının göstəricisidir. İran Sərhəd Qoşunlarının komandanı dostum və qardaşım Rezayiyə qonaqpərvərliyə görə təşəkkür edirəm. İki ölkənin sərhədçilərinin əlaqələri digər ölkələr üçün nümunədir".
APA
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda