01-12-2017 [13:33]
Bir neçə gün öncə Amerika prezidenti Donald Tramp Türkiyə prezidenti R.T.Ərdoğanla telefon danışığında qeyd etmişdi ki, ölkəsi YPG-yə bir daha silah verməyəcək.
Pentaqonun yaydığı məlumatda isə Amerikanın YPG ilə əməkdaşlığa davam edəcəyi bildirilib.
Maraqlıdır, Amerika Türkiyə ilə oynayır? Və yaxud Amerika üçün YPG Türkiyədən daha etibarlı müttəfiqdir?
Politoloq Fərhad Mehdiyev qeyd edib ki, Amerika üçün YPG daha önəmli deyil. Ancaq Amerikanın təməli qoyulmuş kürd siyasəti var:
"Amerika əlbəttə ki, kürdləri dəstəkləməyə davam edəcək. Türkiyə isə bunun qarşısını almaq üçün heç nə edə bilməz. Ona görə də Türkiyə ancaq özü aktiv addımlar atmalıdır. Bundan başqa gərək Türkiyə İŞİD məsələsini kökündən həll etsin ki, Amerikanın bəhanəsi olmasın. Digər tərəfdən Türkiyə Rusiyadan S-400 aldı. Və Amerikanın da YPG-yə silah satmasında da bunu görmək olar. Ola bilər ki, Amerika Türkiyəyə göz dağı verir ki, sən gedib başqasından silah alsan, mən də sənin potensial düşmənlərinə bu cür kömək edə bilərəm. Söhbət ondan gedir ki, Türkiyənin Amerikanın kürdləri dəstəkləməməsi üçün sahib olduğu vasitələr olduqca məhduddur. Bunun ən güclü vasitəsi odur ki, Türkiyə desin ki, sən YPG-yə silah satırsansa mən səndən silah almayacam. Amma Türkiyə Amerikadan silah almasa kimdən alacaq, Rusiyadan? Rusiyadan bəzi silahları almaq mümkündür ancaq hər sahədə yüksək texnologiyaı silahları mövcud deyil. Türkiyə isə hələ ki, öz silahlarını istehsal edə bilmir”.
F.Mehdiyev bundan başqa qeyd etdi ki, bu proseslər Yaxın Şərqdə geosiyasi oyundur. Türkiyə isə istəməsə belə bu oyunun aktyorudur. Nə qədər bacarıb bacarmaması isə ayrı məsələdir”.

Şərqşünas-politoloqVüsal Hətəmovisə düşünür ki, Türkiyə dövləti Qərb tərəfindən həmişə xəyanətlə üzləşib:
"Avropa Birliyinə üzvlük məsələsindən tutmuş, Mavi Mərmərə mövzusuna qədər. Hələ bura Yunanıstan-Türkiyə, Almaniya-Türkiyə, Niderland-Türkiyə məsələlərini də əlavə etmək olar. Bunu necə başa düşmək olar ki, əvvəlcə R.T. Ərdoğan bütün dünyaya bildirdi ki, D.Tramp onunla danışıq zamanı PKK-nın qolu olan təşkilata silah verməyəcəyini deyib. Səhərisi gün isə Pentaqon bildirir ki, biz YPG ilə əməkdaşlıq edəcəyik. Əslində, bunu bir qədər yumşaq başa düşmək olar. Yəni, D.Tramp R.T.Ərdoğanla razılaşır, amma ABŞ-ın güc strukturları amerika liderinin üstündən adlayaraq öz istədiklərini edir. Yəni burada D.Tramp günahsızdır. Lakin bu, ABŞ prezidentinin təsadüfi seçildiyi təqdirdə belə anlaşıla bilərdi. Bildiyimiz kimi, ABŞ-da dərin dövlət daha güclüdür. Prezidentin özündən də üst, lakin görünməyən, pərdəarxası qurum var. Ona görə də ölkə liderinin əvvəl dediklərini proqramın birinci hissəsi hesab etmək olar. Ən azı Türkiyə siyasi elitasında R.T.Ərdoğanın ABŞ tərəfindən aldadıldığı mövzuya çevriləcək”.
V.Hətəmov əlavə olaraq qeyd etdi ki, Qərb Türkiyəni həmişə Yaxın Şərqdə "dişsiz” etmək istəyir. Yəni müsəlman dövlətləri arasında texniki-hərbi cəhətdən inkişaf etmiş Türkiyə dövlətinin güclənməsi Qərb tərəfdən həzm oluna bilməzdi.
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda