İranın xarici işlər naziri: “Azərbaycana İstanbul prosesinə ev sahibliyi etdiyi üçün təşəkkür edirəm"

img

01-12-2017 [11:31]


"Azərbaycana İstanbul prosesinə ev sahibliyi etdiyi üçün təşəkkür edirəm, növbəti tədbirə ev sahibliyi edəcək Türkiyəyə uğurlar arzulayıram”.
 
Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakıda "Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində "Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda keçirilən Nazirlər Konfransında deyib.
 
Nazir bildirib ki, Əfqanıstan son illərdə bır sıra nailiyyətlər əldə edib: "Lakin xarici qüvvələrin, İŞİD-in təhdidi ilə üzləşib. İŞİD təhlükəli niyyətlərə malikdir. Bu isə bizim birgə səylərimizi tələb edir. Bu problemin həlli ölkələrin birdə səyləri nəticəsində mümkündür. Münaqişə hərbi yolla həll oluna bilməz. Müfəssəl və inklüziv strategiya lazımdır. İnklüziv strategiya olmasa, davamlı sülhə nail olmaq mümkün deyil. Çalışmalıyıq ki, Əfqanıstanda sülhə nail olunsun”.
 
Zərif əlavə edib ki, İran Əfqanıstanla narkotiklərin Avropaya daşınmasının qarşısının alınmasında əməkdaşlıq edir: "Çalışmalıyıq ki, problemi kökündə həll edək. Əhalimizi bu ölümcül maddələrin qurbanı olmaqdan qoruyaq. Bunun üçün həm də Əfqanıstanın iqtisadi potensialını genişləndirməliyik. Hazırda malların İran vasitəsi ilə daşınması və Çabahar limanına çatdırılması istiqamətində işlər gedir. Həmçinin dəmiryollarının inkişafına dair təşəbbüslər də var. Bu, Əfqanıstanın beynəlxalq limanlara çıxışını artıracaq. İran Əfqanıstanın yanındadır və sabit Əfqanıstanın qurulmasında bu ölkəni dəstəkləyir”.
 
APA
 

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA