"İndiyənə qədər 1.9 milyon yeni iş yeri yaradılıb" - Baş nazirin müavini

img

30-11-2017 [11:49]


Azərbaycanda məşğulluğun artırılması baxımından hökumət tərəfindən ciddi işlər görülür və bu öz müsbət nəticəsini verib.

Bunu baş nazirin müavini Əli Əhmədov bu gün keçirilən mətbuat konfransında deyib.

Ə.Əhmədov bildirib ki, İlham Əliyev 2003-cü ildə Prezident seçilən zaman öz platformasında 600 min yeni iş yerinin yaradılması ilə bağlı layihə irəli sürmüşdü: "Bu məqsəd uğurla həyata keçirildi, işsizlik səviyyəsi əhəmiyyətli şəkild aşağı düşdü. Azərbaycanda 2003-cü ildən indiyənə qədər 1.9 milyon yeni iş yeri yaradılıb. Yeni iş yerlərinin yaradılması istqamətində çox möhtəşəm layihə həyata keçirilib”.

Ə.Əhmədov bildirib ki, işsizliyini aşağı salınması insanların rifahının yaxşılaşmasına səbəb olub, Azərbaycanda yoxsulluq səviyyəsi 10 dəfə azalaraq 4-5 faizə düşüb/Trend.

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA