Nəsimi Ağayev Konsulluq Korpusunun sədri təyin olunub - Açıqlama

img

30-11-2017 [10:23]


Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Los Anceles Konsulluq Korpusunun (LAKK) sədri (duayeni) təyin olunaraq, 29 noyabr 2017-ci il tarixindən səlahiyyətlərinin icrasına başlayıb. 

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Mia.az-a daxil olan məlumata görə, LAKK-ın duayeni Los Ancelesdə fəaliyyət göstərən bütün konsulluq korpusunu təmsil edir və buradakı şəhər, stat və federal qurumlarla, eləcə də digər təşkilatlarla korpusun münasibətlərinin qurulması və tənzimlənməsinə rəhbərlik edir.

Baş konsul Nəsimi Ağayev 29 noyabrda Los Ancelesdə akkreditə olunmuş bütün baş konsullara və fəxri konsullara məktub ünvanlayaraq öz müxtəlifliyi və multikulturalizmi ilə seçilən Los Anceles şəhərində konsulluq korpusunun fəaliyyətinin daha da təkmilləşdirilməsi naminə korpusun bütün üzvləri ilə sıx əməkdaşlığa ümid etdiyini bildirib:

"Qeyd olunmalıdır ki, 2005-ci ildə prezident İlham Əliyevin müvafiq sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının ABŞ-ın Los Anceles şəhərindəki Baş Konsulluğu Kaliforniya ştatı da daxil olmaqla, ABŞ-ın 13 qərb ştatına məsuldur".

LAKK ABŞ-ın Los Anceles şəhərində akkreditə olunmuş dünyanın 105 dövlətinin baş konsullarını və fəxri konsullarını birləşdirir. Nyu York şəhərindən sonra LAKK dünyada ikinci ən böyük konsulluq korpusudur.


Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA