“Milyonluq varidatı üzə çıxan məmurlarla bağlı araşdırma başlamalıdır” – Tələb

img

29-11-2017 [16:09]


"Bu gün ölkə başçısından başqa ölkənin taleyini düşünən yoxdur. Bu qədər məmur var, amma hamısı şəxsi maraqlarını güdür. O qədər talançılıqla məşğul olurlar ki, gözləri ayaqlarının altını da görmür”.

Bu fikirləri mia.az-a açıqlamasında MMP sədri Hafiz Hacıyev səsləndirib. O bildirib ki, son dövrlər prezidentin xəbərdarlıqlarına baxmayaraq, məmurlar, eləcə də onların harın övladları yollarını azıblar: 

"Hər gün saytları oxuyanda hansısa məmurun övladının maşınla kimisə vurduğunu, yaxud kimisə yumruqladığını görürük. Bunu hamısı harınlıqdan, qudurğanlıqdan irəli gəlir. Sanki bu məmurlar qəsdən belə hərəkətlər edirlər ki, insanlar narazı qalsınlar. Bizim cəmiyyət də ən kiçik problemlə üzləşən kimi günahı prezidentdə axtarmağa çalışır. Prezident bir nəfərdir. Amma minlərlə məmur vəzifəsi var,hərə öz işini görməlidir. Amma bunlar harınlaşmaqdan başqa bir şey bimirlər. Prezident xəbərdarlıq edir və tələb qoyur ki, qudurğanlıq edən məmur işdən çıxarılacaq, övlad da həbs olunacaq. Amma bu məmurlar ölkə başçısının iradəsinin ziddinə gedirlər.
Əli Həsənovun nəvəsinin olayı yeni olanda Astan Şahverdiyev deyirdi ki, Nail Allahverdiyev özü işləyib pul qazanıb maşın alıb. Amma məhkəmədə özü ifadə verdi ki, bu günə qədər heç yerdə işləməyib. Məmuru belə, deputatı elə, adam deməyə söz tapmır. İndi də bütün imkanlarını səfərbər ediblər ki, o uşağın cəzasını yüngülləşdirsinlər, yaxud da bəraət versinlər. Tək bu deyil ki? Bu günlərdə xarici mətbuatda bizim məmur balalarının fotoları yayıldı. Pul, milyonluq maşınlar, yaxta və başqa şeyləri orada görmək olar”.
2017-09-03-23-23-01hafizqelem.jpg (600×800)

Partiya sədri onu da nəzərə çatdırıb ki, milyonluq varidatı üzə çıxan məmurlarla bağlı araşdırma başlamalıdır: 
"Nə qədər ki, harınlamış məmurların talan elədikləri dövlət vəsaitləri geri qaytarılmır bu vəziyyət belə davam edəcək. Əgər bu məmurların öhdəsindən gələ bilmirlərsə, səlahiyyət versinlər, mən gələrəm. Hesab etməsinlər ki, axıra qədər harınlıq edəcəklər. Gələn ay böyük brifinq keçirib hamısının xəyanət planlarını açıb ortaya qoyacağam. Mənim barəmdə nə fikirləşir fikirləşsinlər, amma mən bu yoldan dönən deyiləm”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA