“NİDA” hərəkatının həbsdə olan üzvünün şikayətinə baxılıb - Cəzası 3 ilə endirildi

img

29-11-2017 [15:43]


Ali Məhkəmədə "NİDA” hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanın şikayətinə baxılıb.
 
APA-nın məlumatına görə, məhkəmə onun ittiham olunduğu 234.4.3-cü maddəni 234.1-ci maddəyə tövsif edib, cəzası üç ilə endirilib.
 
E. Qəhrəman 12 avqust 2016-cı il tarixində böyük ölçüdə narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib. 2017-ci il yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi onu 5,5 il müddətinə azadlıqdan məhrum edib.
 
Mayın 18-də Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA