Deputat Azay Guliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Moskvaya gedib - Səbəb

img

29-11-2017 [10:54]


Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Guliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 29-30 noyabr 2017-ci il tarixlərində Rusiya Federasiyasının İctimai Palatasının dəvəti ilə Moskva şəhərində səfərdə olacaq.
 
Mia.az-ın məlumatına görə, səfər çərçivəsində Şura və İctimai Palata arasında ikitərəfli əməkdaşlıq məsələləri və gələcək birgə fəaliyyət planı müzakirə ediləcək.
 
Nümayəndə heyətinə Azərbaycan Hüquqşünaslar Konfederasiyasını sədri və Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun rəhbəri Əli Hüseynli, Əmək Hüquqlarının Müdafiə Liqasının sədri və Şura üzvü Sahib Məmmədov, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədr müavini və Şura üzvü Nərgiz Xələf, "Azərbaycan Rus Gənclər Assosiasiyasının” sədri Roman Boriskin, Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov və Katibliyinin Beynəlxalq əlaqələr, analitik təhlil və ekspertiza bölməsinin məsləhətçisi Camal Əhmədov daxildir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA