28-11-2017 [10:48]
"Heç bir qələbə yoxdur. Qələbəyə dair fikirlər hamısı piar xatirinə səsləndirilir".
Mia.az xəbər verir ki, bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə bildirib.
Rusiya və İran prezidentiləri – Vladimir Putin və Həsən Ruhaninin Suriyadakı hərbi əməliyyatlarda qalib gəldiklərinə dair səsləndirdikləri fikirlərə münasibət bildirən Z.Əlizadə qeyd edib ki, Suriyanın başına gətirilən müsibətlərin əsasında böyük geosiyasi maraqlar, rəqəbət dayanır:
"Həmin geosiyasi maraqlar itməyib. Amerika öz qüdrəti ilə durur. Mürtəce ərəb rejimləri öz nəhəng pulları ilə mövcuddur. Rusiya ona nail oldu ki, Bəşər Əsədi saxladı. Amma Suriya ölkə kimi xarabazara çevrilib. 300 min adam öldürülüb. 5 milyon qaçqın var. Ölkənin iqtisadi həyatı donub və hazırda hökumət qoşunları ölkə ərazisinin 90 faizinə nəzarət edirlər. Amma 10 faiz axı nəzarətdə deyil. Fransız və amerikan təyyarələri Suriya üzərində istədikləri kimi uçurlar. İsrail təyyarələri istədikləri vaxt Suriyanı bombalayırlar. Kürdlərin nəzarət etdiyi əraziyə hökumət nəzarət etmir və Qərb hələ kürd kartından istifadə etmək istəyir. Odur ki, hələ məsələ bitməyib”.
Z.Əlizadə qeyd edib ki, bundan əlavə qaliblər arasında fikir ayrılığı var:
"Məsələn, İran, Rusiya və Türkiyənin Suriyanın gələcəyinə dair fərqli baxışları var. Bəşər Əsəd fiquru Rusiya üçün məqbuldursa, Türkiyə onu qəbul etmir. Rusiya Suriyanın müqəddəratının təyin edilməsində kürd faktorunu görürsə, Türkiyə əsla bunu görmür. İran Suriya ərazisində öz hərbi mövcudluğunu saxlamaq istəyirsə, Rusiya bunu istəmir. Bunu İsrail də istəmir. Digər tərəfdən, sülh konfransından sonra Suriyanın dövlət quruluşunun, onun simasının necə olacağı hələlik bəlli deyil. Bəli, müəyyən dövr üçün Rusiya-Türkiyə-İran əlbir olub təşəbbüsü ələ keçiriblər, Qərb sanki kənarlaşdırılıb.
Amma Qərbin niyyəti dəyişməyib və onun nəhəng hərbi, siyasi, maliyyə resursları öz yerindədir. Ona görə də mən vaxtından əvvəl sevinməyin tərəfdarı deyiləm”.
Politoloq hazırkı dövrü atəşkəs dövrü kimi xarakterizə edib: "Bu atəşkəsdən sonra nə olacağını Allah bilir”.
Bununla belə, ekspert indiyədək əldə edilənlərin öz-özlüyündə heç şübhəsiz, Suriya, müsəlman dünyası və Qərbin diqtəsi ilə hərəkət etməyən qüvvələr üçün böyük uğur olduğunu vurğulayıb:
"Bir vaxtlar Bəşər Əsədin getməsini Türkiyə də, ABŞ başda olmaqla Qərb də tələb edirdi. Amma indi Əsədi gerçək bir lider kimi qəbul etməyə məcburdurlar. Bu baxımdan hazırkı vəziyyət əlbəttə, Rusiya, Türkiyə, İran, "Hizbullah” və Bəşər Əsəd üçün böyük uğurdur. Amma yenə deyirəm, onların problemləri hələ irəlidədir. Gələcəkdə Bəşər Əsədə hansı rol ayrılacağını, onun hansı rola razılaşacağını heç kim deyə bilməz. Qərbin, radikal, qərbpərəst, islamçı kimi kateqoriyalara bölünmüş müxalifətin nəyə razılaşacağını indidən demək mümkün deyil. Bundan başqa, Səudiyyə Ərəbistanı, Qətər kimi dövlətlər, başqa xarici qüvvələr var. Onların mənafelərini uzlaşdırmağı bacarmaq çox mürəkkəb bir tənliyi həll etməkdir”.
Z.Əlizadə onu da bildirib ki, hələlik Rusiya B.Əsədi qanuni prezident kimi tanıyır və bütün hərəkətlərini onunla uzlaşdırır: "Hələlik belədir. Amma unutmayın ki, siyasətdə əbədi dostlar və əbədi düşmənlər yoxdur, əbədi maraqlar var”.
Bundan sonra əsas məsələlərin siyasi nizamlanma, kürd probleminin həlli olduğunu vurğulayan müsahibimiz deyib:
"Qərb çox istəyir ki, müsəlman dünyasında ikinci İsrail yaratsın. Elə bir dövlət ki, onun mövcudluğu Qərbin iradəsindən asılı olsun və Qərbin hər sözünə ləbbeyk, "baş üstə” desin. Onun peyki, əlaltısı olsun. Hələlik bu, alınmadı. Qərb Şimali İraqda – Kürdüstanda uduzdu. Tələsdilər, referendum keçirdilər. Bölgə dövlətlərinin birgə, qəti mövqeyi ilə üzləşib dağıldılar. Amma bu o demək deyil ki, oyun qurtarıb. Oyun hələ davam edir. Bu xəlbir hələ çox su aparacaq”.
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda