Gürcüstan XİN: "Tbilisidə Dağlıq Qarabağdan olan rəssamların sərgisi şəxsi təşəbbüsdür..."

img

28-11-2017 [09:38]


Tbilisidə Dağlıq Qarabağdan olan rəssamların iştirak etdiyi sərgi şəxsi təşəbbüsdür, onun təşkilində dövlət strukturları iştirak etməyib.
 
APA-nın məlumatına görə, bu barədə "Gürcüstan – Onlayn”-a Gürcüstanın Xarici İşlər Nazirliyndən bildiriblər.
 
"Gürcüstan Dağlıq Qarabağı müstəqilliyini tanımır və münaqişənin sülh yolu ilə həllini dəstəkləyir. Sərgi şəxsi təşəbbüs əsasında açılıb, onun təşkilinə heç bir dövlət strukturu qoşulmayıb", - Gürcüstan XİN-in məlumatında vurğulanıb.
 
Məlumata görə, bundan əvvəl Azərbaycanın Gürcüstandakı səfirliyi ölkənin müvafiq dövlət qurumlarına müraciət edərək, Dağlıq Qarabağdan olan 7 rəssamın əl işlərinin nümayiş etdirildiyi "Dirçəliş" adlı sərginin açılışından narahatlıq ifadə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA