Əflatun Amaşov Gürcüstan xalqına başsağlığı verdi: "Bu hadisə məni dərindən sarsıtdı"

img

27-11-2017 [16:30]


Milli Məclisin Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun sədri,  Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov qonşu ölkədə baş verən faciəli hadisə ilə bağlı gürcü xalqına başsağlığı veirb.

Mia.az xəbər verir ki, Əflatun Amaşov Gürcüstanın Batumi şəhərində "Leogrand” hotelində baş vermiş güclü yanğın nəticəsində insan tələfatının qeydə alınmasından dərin sarsıntı keçirdiyini bəyan edib:

"Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri olaraq, bu faciə ilə bağlı qardaş ölkə xalqına, o cümlədən gürcüstanlı həmkarlarıma dərin hüznlə başsağlığı verir, xəsarət alanlara tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edirəm.

Gürcüstan və Azərbaycan xalqları daim mehriban qonşuluq şəraitində yaşamış, ortaq dəyərləri və prinsipləri paylaşmışlar. Bu xalqlar bir-birilərinin sevincli anlarına şahidlik etdikləri kimi, faciələrinin ağrılarını da birgə yaşamış, bir-birilərinin acılarına təskinlik verərək dərdlərini ovutmuşlar. İnanıram ki, bu hadisənin üzüntüsü də bizləri birləşdirəcək, yeni gün uğrunda mübarizəyə səsləyəcəkdir.

Bir daha "Leogrand” hotelində baş vermiş yanğın nəticəsində dünyasını dəyişənlərin doğmalarına, əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Uca Tanrıdan səbr diləyirəm".

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA