Gürcüstan XİN-dən Dağlıq Qarabağ separatçılarının Tbilisidə sərgi açmasına rekasiya: "Arzuolunmazdır"

img

27-11-2017 [11:57]


"Hər hansı bir separatçı rejimin, istər tanınmamış, qondarma "DQR”, istərsə də Abxaziya separatçılarının haradasa sərgi, konfrans və ya başqa tədbir keçirməsi arzuolunmazdır”.

Bu sözləri "Report”un Gürcüstan bürosuna ölkənin Xarici İşlər Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd olunub ki, Gürcüstan özü separatizmdən əziyyət çəkir, Dağlıq Qarabağ separatçılarının Tbilisidə belə bir tədbir keçirməsi hökumətin xətti ilə təşkil olunmayıb.

Azərbaycanın Gürcüstandakı səfirliyindən isə bildirilib ki, məsələ ilə əlaqədar bu ölkənin müvafiq strukturlarına məlumat verilib və rəsmi Bakının narahatçılığı onların diqqətinə çatdırılıb.

Xatırladaq ki, Gürcüstandakı erməni apostol kilsəsinin Tbilisidəki "Ayartun” mərkəzində qondarma "Dağlıq Qarabağ Respublikası”ndan olan 7 gənc rəssamın əsərlərindən ibarət "Dirçəliş” adlı sərgi açılıb.

Dekabrın 20-dək davam edəcək sərgi Ermənistanın Diaspor Nazirliyi, "Tekeyan Mərkəzi” Fondu və "Şuşa şəhərinin muzeyləri” təşkilatının dəstəyi ilə açılıb.

Sərginin rəsmi açılış mərasimində Tbilisidəki erməni kilsəsinin keşişi Virab Kazaryan, Ermənistanın Gürcüstandakı səfirliyinin əməkdaşı və erməni icmasının nümayəndələri iştirak ediblər. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA