Azərbaycan XİN Misirdəki terror aktını pisləyib

img

24-11-2017 [22:36]


Azərbaycan XİN Misirdəki terror aktını pisləyib.

Bu barədə Azərbaycan XİN-in "Twitter" səhifəsində yayılan bəyanatında bildirlir.

"Misirin Sinay yarmadasında məsciddə baş verən terror aktını qətiyyətlə pisləyir,qurbanların ailələrinə və Misir xalqına başsağlığımızı bildiririk. Azərbaycan terrorizmdən əziyyət çəkən ölkə kimi terrorizmin bütün forma və təzahürlərini pisləyir", məlumatda deyilir.

Qeyd edək ki, bu gün Misirin Sinay yarmadasında məsciddə törədilən partlayış nəticəsində 235 nəfər ölüb, 120-dən çox insan yaralanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA