Mövlud Çavuşoğlu Azərbaycana gələcək - Bu tarixdə

img

16-11-2017 [18:48]


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri gözlənilir.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın "Report"a verdiyi məlumata görə, nazir dekabrın 1-də Bakıda keçiriləcək "Asiyanın qəlbi" – İstanbul prosesi təşəbbüsü çərçivəsində 7-ci nazirlər görüşündə iştirak etməyi planlaşdırır.

Bakıdakı nazirlər toplantısının əsas mövzusu "Asiyanın qəlbi" regionunda təhlükəsizlik və iqtisadi əlaqələr sahəsi olacaq.

Xatırladaq ki, Azərbaycan hazırda Əfqanıstanla birlikdə prosesə həmsədrlik edir. Nazirlərin görüşünə həmçinin təşəbbüsün iştirakçıları olan digər ölkələrdən yüksək səviyyəli qonaqlar, o cümlədən Əfqanıstanın prezidenti Məhəmməd Əşrəf Qəni gələcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA