ABŞ həmsədrlikdən çəkiləcək? – Səfirdən açıqlama

img

16-11-2017 [16:51]


"Müəyyən spekulyasiyalar var və mən bunlarla bağlı şərh verməyəcəyəm. ABŞ əvvəl də fəal həmsədr olub, indi də fəaldır, gələcəkdə də fəal olacaq".

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ABŞ-ın Minsk qrupunda həmsədrlikdən çəkiləcəyi, bununla da, Minsk qrupu formatının dəyişə biləcəyi barədə məlumatları şərh edərkən deyib.

Səfir bildirib ki, ABŞ yeni həmsədr təyin edib və yeni həmsədr münaqişənin həllinə yeni baxışla yanaşacaq.

"Biz fəal olmaqda davam edəcəyik. Bizim həmsədr danışıqların iştirakçısıdır. Bu məsələləri diqqətdə saxlayırıq. Həmsədr olaraq fəallığımızı davam etdirəcəyik", - deyə səfir qeyd edib.

apa


Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA