Heydər Əliyev Fondu və "Caspian International Hospital" arasında əməkdaşlıq müqaviləsi imzalanıb - Detallar

img

16-11-2017 [15:27]


Heydər Əliyev Fondu ilə "Caspian International Hospital” xəstəxanası arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Fonddan Trend-ə verilən məlumata görə, əməkdaşlıq çərçivəsində "Caspian International Hospital” xəstəxanası ilə talassemiyalı xəstələrin Respublika Talassemiya Mərkəzində cərrahiyyə, reanimasiya və Mərkəzdə mümkün olmayan bir çox müayinə və müalicəsinin təmənnasız olaraq həyata keçirilməsi reallaşacaq.

Müqavilənin imzalanması Respublika Talassemiya Mərkəzində talassemiyalı xəstələrə geniş spektrdə keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün həyata keçirilən tədbirlər planının bir hissəsidir.

Eyni zamanda, Heydər Əliyev Fondunun müxtəlif şəxsləri müayinə və müalicə üçün xarici ölkələrə göndərməsi zamanı müvafiq klinikalarla əlaqə yaradılmasında, sənədlərin toplanmasında köməklik göstəriləcək. "Caspian International Hospital” xəstəxanasında müalicələrin ödənişsiz və ya xüsusi güzəştlərlə həyata keçirilməsi də nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA