"Lavrov Bakıda ikitərəfli münasibətləri müzakirə edəcək..." - Zaxarova

img

16-11-2017 [12:08]


Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 20-də Azərbaycana rəsmi səfər edəcək.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O bildirib ki, səfər çərçivəsində S. Lavrov azərbaycanlı həmkarı ilə görüşəcək: "Görüş zamanı ikitərəfli münasibətlər və beynəlxalq gündəmdə olan məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq".

M. Zaxarova Azərbaycanın Rusiyanın strateji tərəfdaşı olduğunu vurğulayıb: "Bu il biz diplomatik münasibətlərimizin qurulmasının 25 illiyini qeyd etdik. İki ölkə arasında ən yüksək səviyyədə siyasi dialoq mövcuddur".

XİN sözçüsü nazir S. Lavrovun noyabrın 20-21-də Ermənistana səfər edəcəyini də söyləyib/APA.

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA