"Əzizim, bu 50 manat nəyə bəs edir?" - Xanım deputatdan müavinətlərin azlığına etiraz

img

15-11-2017 [12:32]


Millət vəkili Aytən Mustafayeva əlillərin müavinətlərinin artırılması ilə bağlı çıxış edib. 

Qeyd edib ki, millət vəkili komitə iclasında qeyd edib ki, əlilliyin təsdiqilənməsi hər il aparılmalıdır:

"Əlillərə 50 manat müavinət verilir. Əzizim, bu 50 manat nəyə bəs edir? Onlar da Azərbaycan vətəndaşlarıdır. Təhsil almaq və digər bütün hüquqları var. Rayonlarımızda lal və karlar üçün məktəb yoxdur. Mənə Astarada olan ailə müraciət edib ki, hamısı lal kardır, amma oxumağa məktəb yoxdur. Lal-kardır deyə işləyə bilməz?

Ələbaxmasınlar deyə, onlara iş yeri verməliyik. Rusiya Dumasında əlil deputatlar da var. Onlar fəaldırlar. Bizim Milli Məclisin binasında heç imkan yoxdur ki, əlil içəri girə bilsin. Bunun üçün heç burada pilləkən də yoxdur. Gəlin, birinci özümüzdən başlayaq”.
qafqazinfo

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA