Gürcüstanda icra başçısı seçimi... - Bu gün qonşu ölkədə seçkidir

img

12-11-2017 [13:20]


Bu gün Gürcüstanın bəzi şəhərlərində yerli özünüidarəetmə orqanlarına seçkilərin ikinci turuna start verilib.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, bu turda Kutaisi, Xaşuri, Kazbeqi, Borjomi, Ozurqeti və Martvili şəhərlərinin merləri seçiləcək.

Səsvermə səhər saat 8:00-da ölkə üzrə 6 majoritar seçki dairəsinin 317 məntəqəsində başlayıb.

Gürcüstan Mərkəzi Seçki Komissiyası bəyan edib ki, səsvermə vaxtında başlayıb və həmin bölgələrdə heç bir problem yoxdur.

Bu gün həmin məntəqələr üzrə 328 272 seçici şəhər merlərini seçəcək.

Səsvermənin gedişini 18 149 yerli müşahidəçi, 654 beynəlxalq müşahidəçi, həmçinin 4688 KİV nümayəndəsi izləyir.

Səsvermə saat 20:00-da başa çatacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA