11-11-2017 [23:10]
"Milli Məclis deputatlarının etik davranış qaydalarını pozduğuna görə cəzalandırlması səlahiyyətlərinin Mərkəzi Seçki Komissiyasına verilməsi, təyinatı seçkilərə nəzarət etmək olan bu qurumu represiya aparatına çevirə bilər”.
Ədalət partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov Ovqat.com-a açıqlamasında belə deyib.
Qeyd edək ki, bir müddət əvvəl Seçki Məcəlləsinə dəyişiklər ediləcəyi və MSK-ya deputatların mandatını ləğv etmək səlahiyyətinin veriləcəyi barədə məlumat yayılmışdı. Məlumata görə, Məcəllənin 175-ci maddəsində ediləcək bu dəyişiklik təklifi deputatlar arasında da fikir ayrılığına səbəb olub.
Ədalət partiyasının sədri dəyişiklik təklifinə etiraz edən deputatların iradlarının haqlı olduğunu bildirib. Onun fikrincə, bu müddəa ötən il keçirilən "Azərbaycan Respublikası Konstitusiyasında dəyişiklik edilməsi haqqında referendum”da da öz əksini tapmışdı: "Nə yazıq ki, həmin vaxt Milli Məclis deputatları referenduma çıxarılan maddələrə yetərli qədər etiraz etməmiş və nəticədə bugünkü anti-demokratik dəyişiklik zərurəti ortaya çıxmışdır”.
Partiya sədrinə görə, milli iradənin təmsilçiləri olan deputatların mandatının MSK tərəfindən ləğv edilməsi hüququn ana fəlsəfəsiylə daban-dabana ziddir: "Ümumiyyətlə, seçkili orqanın təyinatlı qurumdan asılı vəziyyətə salınması heç bir demokratik və hüquqi prinsiplərlə əsaslandırıla bilməz. Konstitusiyamızın 81-ci maddəsinə əsasən, Azərbaycanda qanunvericilik hakimiyyətini Milli Məclis yerinə yetirir və bu orqan xalq tərəfindən seçilmiş deputatlar tərəfindən formalaşdırır. Yenə Əsas Qanunun 91-ci maddəsinə görə, "Azərbaycan Respublikası Milli Məclisinin deputatları Azərbaycan Respublikası Milli Məclisindəki fəaliyyətinə, sesverməyə və söylədiyi fikrə görə məsuliyyətə cəlb oluna bilməzlər. Razılığı olmadan onlardan bu hallarla əlaqədar izahat, ifadə tələb edilə bilməz”. İndi nəzərdə tutulan dəyişiklikdə isə MSK kimi təyinatlı, tərkibi və fəaliyyəti mübahisəli bir quruma ən adi bəhanəni əsas gətirib deputatları mandatdan mərhum etmək səlahiyyəti verilir”.
Partiya sədri deputatları mandatdan mərhum etmək əsaslarına etik davranış qaydalarının əlavə olunmasını isə, ümumiyyətlə, hüquqi nihilizm kimi qiymətləndirir: "Çünki əxlaqi və ya etik normalar yalnız ictimai rəyin gücüylə qiymət verilən bir anlayışdır.Etik normaları pozmuş şəxsə (hətta kobud şəkildə) hansısa formada reaksiya vermək haqqında məsələni ancaq və ancaq cəmiyyət və onun kollektivi həll edə bilər. Hüquq nəzəriyyəsinə görə, bu normalar dövlətin məcburi tədbirləri vasitəsilə təmin oluna bilməz. Dövlətin məcburi tədbirləri ancaq və ancaq hüquq normalarının tənzimlənməsi üçün tədbiq edilir. Etik normalar isə bu kateqoriyaya aid olmayan dəyərlərdir”.
İlyas İsmayılov təklif olunan bu dəyişikliyin qanuniləşməsinin onsuz da icra strukturlarının basqısı altında qalan deputatları daha da passivləşdirəcəyinə inanır: "Təsəvvür edin, indiyə qədər hər hansı deputat parlament sədrilə ən adi mübahisəyə girdiyi zaman (Zahid Oruc nümunəsi), bu, MM rəhbərliyi tərəfindən etik normaların kobud şəkildə pozulması kimi qiymətləndirilib. Belə çıxır ki, bundan sonra eyni "cəsarəti” nümayiş etdirən deputat mandatdan məhrum olunacaq. Bəs, Konstitusiyanın deputatlara verdiyi toxunulmazlıq hüquqi harda qaldı? Üstəlik, deputat təmsili demokratiya nöqteyi-nəzərindən xalqın iradəsi deməkdir. Adi bir "cəsarət” seçicilərin təmsilçilik hüququnu məhdudlaşdırırsa, hansı demokratiya və hüquqi dövlət anlayışlarından danışmaq olar? Onu da xatırlamaq yerinə düşər ki MM-də mübahisə etmək hüququnun məhdudlaşdırılması debatların küçələrə və mərasim yerlərə çıxarılmasına səbəb ola bilər”.
İlyas İsmayılovun fikrincə, xalqın iradəsilə seçilmiş deputatları yalnız seçicilərin geri çağırışıyla mandatdan mərhum etmək olar: "Çünki mandatı deputata MSK yox, xalq verir. MSK sadəcə mandat verilməsinə nəzarət edir. Hüququn məntiqinə görə, mandatı mandat verən ala bilər, ona şahidlik edən yox. Azərbaycan hökuməti Seçki Məcəlləsində aparmaq istədiyi dəyişikliklə faktiki olaraq xalqın iradəsini heçə sayır, qanunverici hakimiyyətin icraedici orqanların uzantısı olduğunu rəsmən etiraf edir. Vaxtilə Konstitusiyanən 85-ci maddəsinə zidd olaraq icra hakimiyyəti strukturlarlnda qulluq edən universitet rektorlarının, səhmdar cəmiyyətlərinin və digər dövlət təşkilatlarının rəhbərlərinin deputat "seçilməsiə” göz yuman MSK-ya (yeri gəlmişkən, axırıncılar yenə də konstitusiyaya zidd olaraq MSK-nin sayəsində MM-ə düşə biliblər) belə hüququn verilməsi, yumşaq desək, başa düşülən deyil”.
Xatırladaq ki, "Ədalət” sədri ötən il keçirilən referendum ərəfəsində də eyni fikirləri gündəmə gətirmiş və Konstitusiya maddələrinin dəyişdirilməsinə kəskin etiraz etmişdir. İlyas müəllimin o zaman qələmə aldığı məqalə ilə bu linkdə tanış ola bilərsiniz:
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir