"Prezidentlər təmas xəttində gərginliyin azaldılması üçün dərhal..." - Cenevrə görüşünün nəticəsi

img

09-11-2017 [21:57]


Cenevrə görüşü Dağlıq Qarabağ münaqişəsi tərəflərinin yaxşı niyyətlə danışıqlar aparmağa hazır olduqlarına dair mühüm bir siqnal oldu.

Mia.az-ın Trend-ə istinadən məlumatına görə, bunu ABŞ-ın ATƏT-dəki Missiyasının müvəqqəti işlər vəkili Harri Kamian noyabrın 9-da Vyanada keçirilən ATƏT Daimi Şurasının iclasında səsləndirdiyi bəyanatında deyib.

Onun sözlərinə görə, həmsədr ölkə olaraq ABŞ, Minsk qrupunun həmsədrlərinin işinə qərarlı şəkildə dəstəkləyir: "Biz sizin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün tərəflər ilə sıx əlaqədə olmağınızı yüksək qiymətləndiririk".

Amerikalı diplomat qeyd edib ki, Birləşmiş Ştatlar, oktyabrın 16-də Cenevrədə Minsk qrupunun həmsədrləri ilə Azərbaycan və Ermənistan prezidentlərinin sammit sonrası verdiyi birgə bəyanatı alqışlayır.

Onun sözlərinə görə, bu sammit Dağlıq Qarabağ münaqişəsinin tərəflərinin yaxşı niyyətlə danışıqlar aparmağa hazır olduqlarına dair mühüm bir siqnal oldu.

"Biz şadıq ki, prezidentlər təmas xəttində gərginliyin azaldılması üçün dərhal lazımi tədbirlər görməyə razılaşıblar və biz tərəfləri bu müsbət təkana əsaslanmağa çağırırıq".

Daha sonra Kamian tərəflərin 2016-ci ilin may və iyun aylarında müvafiq olaraq Vyana və Sankt-Peterburq sammitlərində razılaşdırılmış tədbirləri yerinə yetirmək çağırışını bir daha təsdiqlədi.

"Tərəflər Sədrin şəxsi nümayəndəsinin dəftərxanası tərəfindən nəzarətin genişləndirilməsi haqqında razılığa gəliblər ki, bu da son nəticədə 2018-ci il üçün ATƏT-in büdcəsində əksini tapa bilər. Birləşmiş Ştatlar həmçinin tərəfləri ATƏT-in araşdırma mexanizminin yaradılması barədə təklif üzərində işləməyə çağırır".


Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA