"Kriminal avtoritetləri təbliğ etmək ziyandır" - BAXCP yetkilisindən açıqlama

img

09-11-2017 [18:06]


Mətbuat Şurasının (MŞ) təşkilatçılığı ilə "Mediada kriminal hadisələrin işıqlandırılması: İctimai maraqlar və peşəkarlıq” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə MŞ sədri Əflatun Amaşov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev, media rəhbərləri iştirak edib.

Sosial şəbəkələrdə və mətbuatda kriminal mövzunun yayılmasının kəskin əleydarlarından olan BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı bu barədə açıqlama verib.

O bildirib ki, bu günki keçirilən tədbir çox əhəmiyyətli və vacibdir : "Çox təşəkkür edirəm ki, bu sahəyə rəhbərlik etmiş insanların iştirakı ilə dəyirmi masa keçirilib. Bu, mövzu son dərəcə cəmiyyət üçün aktualdır. Siz junralistlərdə şahidsiniz ki, uzun müddətdir, sosial şəbəkələrdə, mətbautda bununla bağlı çıxışlar etmişəm və xüsusən mediayanın kirminal avtoritetlərlə bağlı ardıcıl informasiyaların yayılmasının gənc nəslinin psixologiyasında mənfi təsir etidyini bildirmişəm. Son illərdə cəmiyyətdən aldığın informasıyalarda onu da deməyə əsas verirdi ki, gənclər bu zərrərli vərdişlərə meyillənirdi. Bəzən medianın oxucu maraqlarını başa düşürəm və təbii ki, inoformasiyanın yayılma marağı var. Ancaq bunun ziyanı tərəfini də hörmətli media rəhbərləri və rəsmi qurumlar da müzakirə ediblər. Haqlıdırlar ki, bu məsələdə ehtiyatlı davranılmalıdır. Və cəmiyyətə ziyan vura biləcək prosesin qarşısı vaxtında alınmalıdır.”

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA