Partiya sədri həbsdən buraxılmadı - Hakim ittihamı qəbul etməyən Musa Tükənova "yox" dedi

img

09-11-2017 [15:10]


 "Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin sədr müavini Musa Tükənov barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı apellyasiya şikayəti verib.

Mia.az "Report”a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, M.Tükənovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, M.Tükənov 2 nəfər əlil şəxsin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verdiyi şikayət əsasında həbs edilib. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

M.Tükənovun barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (Rüşvət alma (passiv rüşvətxorluq), təkrar törədildikdə), 311.3.3-cü (Rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

O, həmin ittihamları qəbul etmədiyini deyib.

Xatırladaq ki, Azərbaycan Vahid Kommunist Partiyasının sədri Musa Tükənov həbs edilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA