"Bəzi türk deputatların Azərbaycanın əleyhinə səs verməsi bizi incitdi" - Prezidentin köməkçisi

img

08-11-2017 [20:30]


"Türkiyəni təmsil edən 4 nəfərin Dağlıq Qarabağa qanunsuz səfəri və bəyanatları bizi nə qədər incitdisə, inanıram ki, sizi də, Türk dünyasının birliyini arzulayanları da o qədər incitdi".
 
Bunu Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Çukurova Bələdiyyələr Birliyinin  bələdiyyə rəhbərlərindən ibarət nümayəndə heyəti ilə görüşdə bildirib.
 
Ə. Həsənov Türkiyənin bəzi deputatlarının Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın əleyhinə olan qətnamənin qəbulunə səs vermələrinin də narahatlıq yaratdığını deyib: "Avropa Şurası Parlament Assambleyasında bəzi türk deputatların Azərbaycanın əleyhinə səs verməsi də bizi incitdi. Bu kimi halların olmamasını istərdik".

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA