07-11-2017 [18:07]
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də Rusiyaya səfər edəcək. Səfər çərçivəsində o, rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. R. T. Ərdoğan Rusiya tərəfindən Soçidə keçirilməsi planlaşdırılan Suriya Xalqları Konqresinə kürd qruplaşması PYD-nin dəvət olunması ilə əlaqədar narazılığını çatdıracaq.
Maraqlıdır, prezidentlərin görüşü region üçün nə vəd edir? Görüşdə Türkiyə üçün əsas prioritet məsələ nə ola bilər?
Bununla bağlı Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Modern.az-adanışıb:
"Suriya, İraqla bağlı müzakirə edilməli müəyyən problemlər var. Həmçinin düşünürəm ki, Cənubi Qafqazla bağlı məsələ də gündəlikdə yer tapacaq. Bilavasitə görüşün nəticəsi kimi ciddi dəyişikliklər gözləməyə dəyməz. Ancaq hər bir halda Türkiyə-Rusiya münasibətləri ziddiyyətli olarsa, Azərbaycan da bundan itirəcək. Əksinə yaxşı olan zaman isə ölkəmiz bu yaxınlıqdan müsbət nəticələr əldə edə bilər. Təbii olaraq bu görüşdə hər iki dövlət arasındakı enerji əməkdaşlığı, böyük layihələr də müzakirə ediləcək.
Rəcəb Tayyip Ərdoğan dəfələrlə görüşlər zamanı Dağlıq Qarabağ məsələsinin müzakirə ediləcəyini desə də, hələlik bu, bir nəticə verməyib. Bu baxımdan hələ ki görüşü gözləmək və hər iki tərəfin sonrakı addımlarını izləmək lazımdır”.
Politoloq Qabil Hüseynliqeyd edib ki, görüşdə Dağlıq Qarabağ məsələsinin müzakirə edilmə ehtimalı olsa da, nəticə gözləmək çətindir:
"Görüşdə Türkiyə üçün əsas prioritet məsələ Dağlıq Qarabağ problemi və türkmən qazının Xəzərin dibindən TANAP layihəsinə birləşdirilməsidir. Hər iki məsələdə Rusiyanın rolu böyük, mövqeyi həlledicidir. Türkiyə prezidenti Putini dilə tutub bu məsələlər istiqamətində müəyyən kompromisə gəlmək üçün çalışacaq.
Açığı, Dağlıq Qarabağ məsələsində ümidim olsa da, optimist deyiləm. Amma Transxəzər qaz kəməri haqqında nikbinəm. İndi olmasa da, uzaq olayan zamanda bu məsələnin həll ediləcəyinə inamım var”.
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir