Nazir Zakir Həsənov Belçikaya gedəcək - NATO-nun tədbiri olacaq

img

07-11-2017 [16:22]


Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO-nun Əfqanıstandakı "Qətiyyətli Dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində noyabrın 9-da keçiriləcək görüşündə iştirak etmək üçün Belçikaya gedəcək.

Bu barədə Mia.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Toplantıda müdafiə nazirinin Azərbaycanın Əfqanıstandakı beynəlxalq sülhməramlı əməliyyatların dəstəklənməsi missiyasına verdiyi töhfə və Əfqanıstan ilə müdafiə və təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlıq mövzusunda çıxışı nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA