"ABŞ Qarabağ münaqişəsinin həlli istiqamətində öz köməyini göstərməkdə davam edir" - Səfir

img

07-11-2017 [15:51]


ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində öz köməyini göstərməkdə davam edir.

Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

R.Sekuta bildirib ki, ABŞ-da yeni administrasiya hakimiyyətə gəldikdən sonra bu məsələni hansı şəkildə davam etdirmək barədə qərarlar qəbul edildi: "Belə qərara gəlindi ki, ATƏT-in Minsk qrupuna yeni həmsədr təyin edilsin. Biz münaqişənin sülh yolu ilə həll edilməsi üçün öz köməyimizi göstərməkdə davam edirik”.

Səfir həmçinin, bu yaxınlarda Vaşinqtona səfəri zamanı Minsk qrupunun ABŞ-dan olan yeni həmsədri Endryu Şofer ilə görüşdüyünü də diqqətə çatdırıb: "Biz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prosesi irəli aparmaq üçün hansı işlər görülməsinin mümkün olması barədə müzakirələr apardıq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA