ÜAK-ın qeydiyyatının ləğvi barədə qərardan Rusiya Ali Məhkəməsinə müraciət

img

02-11-2017 [14:25]


Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsi ilə bağlı qərardan Rusiya Ali Məhkəməsinin Rəyasət Heyətinə müraciət olunub.

 

Bu gün ÜAK-ın vəkili Ali Məhkəmənin Rəyasət Heyətinə birinci instansiya məhkəməsinin və Apellyasiya Kollegiyasının təşkilatın ləğvi haqqında Ədliyyə Nazirliyinin qaldırdığı iddia ilə bağlı çıxardıqları qərarlardan şikayət təqdim edib. 
 

Qeyd edək ki, bu il mayın 15-də Rusiya Ali Məhkəməsi Ədliyyə Nazirliyinin iddiası əsasında ÜAK-nin qeydiyyatının ləğvi barədə qərar çıxarıb. Sentyabrın 19-da Ali Məhkəmənin Apellyasiya Kollegiyası ÜAK-ın şikayətini təmin etməyərək birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.


Qeyd edək ki, ÜAK 2001-ci ildə yaradılıb.
APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA