Qardabanidə 10 svan 2 azərbaycanlı ilə dalaşdı, 200-ü soydaşlarımızın qovulmasını tələb etdi - Gürcü nazirdən çağırış

img

31-10-2017 [10:36]


Oktyabrın 26-da Gürcüstanın Qardabani rayonunda azərbaycanlılarla svanlar arasında toqquşma olub.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan İctimai Televiziyası yayıb. Televiziya konfliktin rayon kafelərindən birində başladığını bildirib. Belə ki, dava 2 azərbaycanlı və 10 svan arasında yaşanıb. Bundan bir neçə saat sonra gecə 200 svan küçəyə çıxaraq azərbaycanlıların öz dədə-baba torpaqları olan Qardabanidən çıxarılmasını istəyib.

Konflikt o həddə çatıb ki, işə Gürcüstan Daxili İşlər naziri Georgi Mqebrişvili qarışmalı olub. Təcili Qardabaniyə gələn nazir azərbaycanlılarla görüşüb. Görüş zamanı azərbaycanlılardan biri nazirə iradını bildirib və niyə belə konfliktin yarandığını soruşub. Nazir isə hadisəni törədənlərin provokatorlar olduğunu deyib:

"Bu konflikt ayrı-ayrı insanlar arasında baş verib. İmkan vermək olmaz ki, bundan situasiyanın gərginləşdirilməsi üçün istifadə edilsin. Bu, milli konflikt deyil və ondan Azərbaycan və Gürcüstan xalqlarının düşmənləri istifadə etmək istəyir”.

Qeyd edək ki, Tiflisin 33 kilometrliyində yerləşən 15 minlik Qardabani əhalisinin 90 faizini azərbaycanlılar təşkil edir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA