Prezidentin köməkçisi: “Bakı-Tbilisi-Qars dəmiryol xəttinin açılışı tarixi hadisədir”

img

30-10-2017 [11:36]


"Bakı-Tbilisi-Qars dəmiryol xəttinin açılışı tarixi hadisədir”.
 
Bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov özünün "Twitter” səhifəsində yazıb. 
 
O qeyd edib ki, 2017-ci il müstəqil Azərbaycan tarixində ən uğurlu səhifələrdən biri kimi yadda qalacaq: "Böyük tarixi hadisələr sırasında Yeni əsrin - XXI əsrin kontraktının imzalanmasından sonra bu gün iki qitənin ölkələrini və xalqlarını bir-birinə yaxınlaşdıran Bakı-Tbilisi-Qars dəmiryol xəttinin açılışıdır. Yolun daim uğurlu olsun, Azərbaycan!".

APA 

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA