"Baxaq, görərik, qəbul olunacaq, ya yox?!" - XİN-dən Avropa İttifaqı ilə danışıqlar haqda açıqlama

img

24-10-2017 [21:16]


"Cari ilin noyabrında Brüsseldə keçiriləcək sammitin yekun sənədinin ilkin variantında "Şərq Tərəfdaşlığı" ölkələrinin ərazi bütövlüyü və suverenliyi məsələsi öz əksini tapıb".

Mia.az "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Azərbaycanın ərazi bütövlüyünün Brüssel sammitinin sənədinə salınıb-salınmaması məsələsinə münasibət bildirərkən deyib.
 
Onun sözlərinə görə, Avropa İttifaqı "Şərq Tərəfdaşlığı" ölkələrinin Riqa sammitindəki məsələsinin təkrarlanmasını istəmir: 

"Bu il noyabrın 24-də Brüsseldə keçiriləcək növbəti sammitin yekun sənədinin ilkin variantı tərəfdaş ölkələrlə müzakirə olunub. Baxaq, görərik, qəbul olunacaq, ya yox?!". 

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA