"Corc Sorosla bağlı vəziyyət dəyişir" - Novruz Məmmədov

img

24-10-2017 [14:06]


"Beynəlxalq siyasətin və beynəlxalq münasibətlərin məkrli aktoru Corc Soros adət edib ki, həmişə onunla razılaşsınlar”.

Mia.az-ın məlumatına görə, bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov özünün "twitter” səhifəsində yazıb. 

O, "Açıq cəmiyyət” fondunun yaradıcısı, amerikalı milyarder Corc Sorosla bağlı yaranan vəziyyətə münasibət bildirib: "Amma görünür, vəziyyət dəyişməyə başlayır, özü də Avropadan”.

Qeyd edək ki, Corc Sorosun gəlirinin 75 faizini özünün siyasi və sosial proqramlarına xərcləyəcəyi xəbəri dünyada gərginlik yaradıb. Demokratik yolla seçilmiş bir sıra liderlər onun pulu nəticəsində satın alınan siyasətçilərə qarşı mübarizənin çətin olacağından narahatlıq ifadə ediblər.

Avstriyada parlament seçkilərində qalib gəlmiş xarici işlər naziri Sebastian Kurz ötən gün onun "Açıq cəmiyyət” fondunun ölkəsində bağlanması üçün 28 gün verdiyini açıqlayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA