CNN telekanalının aparıcısı Azərbaycanın "qara siyahısına" daxil ediləcək - XİN-dən açıqlama

img

24-10-2017 [11:11]


CNN telekanalının şou aparıcısı, amerikalı baş aşbaz Entoni Burden Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiyinə görə arzuolunmaz şəxslər siyahısına daxil ediləcək.

Bu barədə Mia.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

Xatırladaq ki, E.Burden oktyabr ayında "Entoni Burden: bilinməyən yerlər" teleşousu üçün ermənilər tərəfindən işğal olunmuş Şuşaya səfər edib. O, bu barədə sosial şəbəkədəki səhifəsində xəbər verib.



Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA