13-10-2017 [10:45]
Ötən gün "Maşın” realiti şousunun tamaşaçıları yeni bir qalmaqalın şahidi olublar.
Bu dəfə müğənni Günel Ələkbərova ilə teleaparıcı Vüsalə Kərimova qarşı-qarşıya gəlib.
Cütlük arasında mübahisə otel otağından başlayıb və Günelin səsverməyə çıxması ilə davam edib. Ən çox şəkli atılan müğənni səs topladığı halda V. Kərimovanı yarışmadan uzaqlaşdıracağını söyləyib.
Günel deyib ki, Mehriban Xanlarovanın otağında böyük bir insident yaşanıb və Kərimova onu təhqir edib:
"Bu xanım canlı yayımda bu tərzdə danışır. İndi otaqdakı səs-küyünü təsəvvür edin. O mənim rəqibim ola bilməz. Bir qadın digərini təhqir edirsə, nalayiq sözlər işlədirsə, burada heç bir həmrəylikdən söhbət gedə bilməz. O, məni təhqir edib. Biz bir yerdə çörək yemişik. İnsan yediyi çörəyə tüpürməz. Bizə dedi ki, sizinlə eyni yediyim çörəyə tüpürürəm”.
Kərimova isə "Hər kəs haqq etdiyini yaşayır. Sən o sözə layiq idin ki, belə şeylər eşitmisən. Təəssüf ki, sənin kimi səviyyəsizlə çörək kəsmişəm” deyərək müğənninin ittihamlarına cavab verib.
Daha sonra efirdə Günel və Vüsalənin maşın ətrafında yaşadığı insidentlə bağlı sujet təqdim olunub.
Sujetdə V, Kərimova oğlu Ayxanla telefonda danışıb və göz yaşlarını saxlaya bilməyib. Ələkbərova iddia edib ki, Kərimova verilişdə övladından istifadə edir:
"Övlad mövzusu mənim üçün çox ağırdır. Mən də anayam, mövzu həssasdır. Biz burada müzakirə edirik, hədəfimi açıqlayıram. Amma sən övladını ortaya atırsan”.
Günelin bu açıqlamasından sonra Kərimova əsəbiləşərək özündən çıxıb:
"Övladımın sənə nə aidiyyatı var? Səni nə narahat edir? Ay qız, bir dəqiqə saxla, artıq çox oldun, beynimi çöndərmə. Sən kimsən mənim uşağımla danışığıma qarışırsan? Oğlumun məndən başqa heç kimi yoxdur”.
Bundan əlavə, proqram boyu hər iki məşhurun sözləri çəp gəlib. Şounun sonunda isə səsvermənin nəticələri açıqlanıb. Günel veriliş boyu xeyli səs toplasa da, sonra 33,06 faiz səs yığaraq yarışmadan gedib.
Toy karvanında avtoxuliqanlıq edənlər saxlanılıb - FOTO
BDU: "Hazırda geomaqnit qasırğanın səviyyəsi yüksəkdir"
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO