İcra başçısı Bərzanini dəstəkləyən məmurla bağlı sualdan yayınıb...

img

03-10-2017 [16:38]


Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli İcra Hakimiyyətinin hüquq şöbəsinin rəhbəri Füzuli Tanrıverdiyevin taleyilə bağlı jurnalistlərin suallarını cavablandırmaqdan yayınıb.

Çərşənbə axşamı A.Nəzərli demək olar ki, jurnalistlərdən qaçıb. 

Jurnalistlər ondan "niyə kürd separatçılarını dəstəkləyən şəxs dövlət qurumunda rəhbər vəzifədə oturur" sualına cavab tələb ediblər. 

Xatırladaq ki, F.Tanrıverdiyev Facebook səhifəsində İraqın şimalında kürd muxtariyyətinin yaradılmasını açıq şəkildə alqışlayıb.Azərbaycanın rəsmi orqanları bu görünməmiş hadisəyə heç bir reaksiya verməyiblər.

Xatırladaq ki, Azərbaycanın Laçın rayonu 1992-ci ilin mayından erməni işğalındadır. (Turan)

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA