MM prezidentin etirazını qəbul edib - Qanuna düzəlişlə bağlı

img

02-10-2017 [17:02]


Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət qulluğu haqqında” qanuna ötən sessiyada edilən dəyişikliklərlə bağlı ölkə prezidentinin etirazı haqqında qərar layihəsi müzakirə olunub.

MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, prezident öz hüququndan istifadə edərək layihəyə düzəlişlə bağlı etirazını bildirib.

Layihədə etiraza səbəb "Dövlət qulluğu haqqında” qanunda əsas səlahiyyətləri Azərbaycan Konstitusiyasının 7-ci maddəsinin III hissəsinə əsasən müəyyən edilən qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ən yüksək dövlət orqanları, Prezident Administrasiyası, habelə dövlət başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanlar və icra səlahiyyətlərini həyata keçirən orqan, Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə (Ali kateqoriya dövlət orqanları) daxil olan siyahıya Məhkəmə Hüquq Şurası Aparatının da salınması olub.

Yeni düzəlişə əsasən, Məhkəmə Hüquq Şurası Aparatına dövlət orqanı statusu verilib və yuxarıda qeyd olunan dövlət qurumlarından sonrakı kateqoriyaya aid olunub.

Layihə səsə qoyularaq qəbul edilib.
apa

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA