13-08-2017 [14:29]
"Maraqlıdır ki, Nailin hərəkətlərinə görə onun valideynləri bir kənara qoyulub, düşüblər qohumlarının üstünə. Prezident də bunları bilməmiş deyil və prinsipial möqe ortaya qoyub ki, artıq hadisəni törətmiş səxs həbs olunub”.
Mia.az bildirir ki, bu sözləri BAXCP-nın sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə müsahibəsində "Qaçqınkom"un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevlə bağlı qalmaqala münasibət bildirərkən deyib.
Q. Həsənquliyev Dövlət Sərhəd Xidmətinin rəhbəri, general Elçin Quliyevin bu məsələdə adının hallandırılmasına etiraz edib: "Nailllə bir neçə həftə əvvəl qohum olmuş Elçin Quliyevə gəldikdə isə o, bu iqtidara hörmət qazandıran kadrlardandır. Prezident onu niyə vəzifəsindən azad etməlidir ki?!”
Deputatın sözlərinə görə, Azərbaycanda hər il avtoqəzalarda təqribən min nəfər həlak olur. Bu qəzaların böyük bir qismi mədəni səviyyə aşağı olduğundan, sürət həddini aşmaqla özünün və başqalarının həyatına qiymət verməmək səbəbindən baş verir: "Ölkədə sürücülük yaşına çatmış əhalinin on faizindən çoxu dövlət idarə, müəssiə və təşkilatlarında çalışır, amma bu qəbildən olan şəxslər və onların övladları tərəfindən törədilən qəzaların sayı 0.1% də təşkil etmir. Ona görə də təkcə məmur övladlarının üzərinə yox, problemin üstünə getmək lazımdır”.
"Qaçqınların bir hissəsinin ağır durumuna görə Əli Həsənovun ittiham olunması nə dərəcədə doğrudur?” sualının cavablandıran Q.Həsənquliyev bildirib ki, bu sahəyə rəhbərlik edən şəxs kimi, əlbəttə onun da məsuliyyəti var: "Amma təkcə o yox, bütün hökumət buna görə məsuliyyət daşıyır. Dəfələrlə büdcə müzakirələri zamanı məsələ qaldırmışam ki, hökumət üçün həlli vacib olan məsələlər nədir?! Səmərəsiz istifadə olunan idman komplekslərinin, diaqnostik mərkəzlərin, parkların, bayraq meydanlarının tikilməsi, idman yarışlarının təşkili, yoxsa 25 ildir dözülməz vəziyyətdə yaşayan insanların həyatı?!”
Deputat qeyd edib ki, hər zaman qaçqınların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri təqdir etsə də, yetərli saymayıb: "Qəzalı və antisanitar vəziyyətdə yaşayan qaçqınlar üçün dərhal mənzillər tikilməlidir. İmkan olmasa, bu başqa məsələ, amma dövlətin buna imkanları çatır. Mehriban xanım bu məsələ ilə ciddi məşğul olur, özəl şirkətlər də Onun çağırışı ilə bu işə dəstək verməyə başlayıblar. Amma büdcədən və neft fondundan milyardlarla vəsait ayrılmasa, qaçqınların əzablı həyatı davam edəcək. Bu, bir insani məsələ olmaqla, həm də siyasi məsələdir. Səbri tükənməkdə olan bu qəzəbli insanlardan ölkədə sabitliyi pozmaq üçün istifadə oluna bilər. Hazırda növbəti ilin büdcə layihəsi hökumətdə müzakirə olunur, düşünürəm ki, həm hörmətli Mehriban xanım, həm Əli Həsənov çalışmalıdırlar ki, bu məqsədlə yetərli vəsait ayrılsın”.
Çempionlar Liqası: ilk finalçı bəlll oldu - PSJ uduzdu
Aleks de Souza "Antalyaspor"la anlaşdı - Köməkçisi isə...
Qəzzada BMT-nin daha 6 əməkdaşı həlak olub - Hesabat
Türkiyə kuboku: "Beşiktaş"ı finala yüksəldi
Şotlandiyanın yeni baş naziri bəlli oldu - 64 səslə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Daha bir partiya sədri istefaya gedir: "Səhhətim imkan vermir"
Türkiyə ilə Küveyt arasında 6 yeni müqavilə imzalanıb - Ərdoğan əmiri təltif edib (FOTO)
Azercell ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır - FOTOLAR
Zelenski və mühafizə xidmətinə sui-qəsd cəhdi: iki polkovnik tutulub
Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə daha bir dəyişikliyi təsdiqlədi - Cəzalar artırıldı
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib - FOTOLAR
Slovakiyanın Baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb
“Electro-İndustries” QSC-nin elektrik vuran işçisi ölüb
3600 manata “Nissan Sunny”, 11 minə “Volkswagen Passat”... - Bakıda 20 maşın hərracda satılıb
Gəncədə daha br əməliyyat: vəzifəli şəxslərə cinayət işi açıldı
Şanlıurfada terror əməliyyatı: 17 nəfər saxlanılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib - FOTO
“Badamdar Estates”in baş mühasibinə cinayət işi açılıb
Bolqarıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Prezident İlham Əliyev Slovakiyanın Baş naziri ilə görüşüb - Birgə bəyanat + FOTOLAR (Yenilənib)
Emin Əmrullayevin qardaşına sərt ittiham var: "Dedi, al bu 100 mini, get və..." - Qalmaqallı məhkəmə işi (VİDEO)
Sabiq Baş nazir prorektor vəzifəsindən azad olunub
Neftçalada molla narkotik satarkən saxlanıldı - Yenilənib
MƏKTƏBDƏ 250 MİN MANATLIQ MƏNİMSƏMƏ: cinayət işi açıldı
Əli Əsədov Kahramanmaraşda: Baş nazir “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış olub
Bakıda oteldə müəmmalı olay: iki nəfər ölüb, ağır vəziyyətdə olanlar var (YENİLƏNİB)
"Fənərbağça"nın kapitanı: "Artıq çempionluq mümkün deyil"
Çempionlar Liqası: PSJ yoxsa "Dortmund"? - Bu gecə "döyüş" olacaq
Ərdoğan Küveyt əmirini hava limanında qarşılayıb - FOTOLAR
Nəsimi rayonunda tədbir keçirilib - FOTOLAR
Sabah leysan yağacaq - Xəbərdarlıq
Bu qanunu pozanlar cərimələnəcək - 12 min manatadək
MHP sədri: "Əllərində ülkücü qanı olanların feriştahı gəlsə, bizdə yapraq belə qımıldamaz"
İsrail əsgərləri daha 22 nəfəri həbs edib
Türkiyə ordusu daha 4 terrorçunu zərərsizləşdirib - Suriyada
Saatlının yeni DYP rəisi kimdir? - Təyinat
Ədliyyə işçiləri ilə bağlı yeni qərar verildi