Müsavat Partiyası prokurorluğa zikayət edəcək

img

02-08-2010 [05:26]


Bu gün Müsavat Partiyası Divanının iclası keçirilib. Partiyanın mətbuat xidmətindən MIA-ya verilən məlumata görə, iclasda iyulun 31-də müxalifət partiyalarının birgə keçirdiyi mitinqin nəticələri müzakirə edilib. Partiya rəhbərliyi aksiya iştirakçılarına qarşı polisin zor tətbiq etməsi, onların avtobuslarla Qobustana aparılması barədə prokurorluğa şikayət ərizəsi ilə müraciət etmək barədə qərar qəbul edib. Müxalifətin aksiyalarının davam etməsi üçün həm partiya daxilində, həm də digər partiyalarla müzakirələrin davam etdirilməsi nəzərdə tutulub. İclasda parlament seçkilərinə hazırlıq məsələsi müzakirə edilib, bununla əlaqədar AXCP və DUİ ilə məsləhətləşmələrin davam etdirilməsi zəruri hesab olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA