18-07-2017 [23:04]
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə yazıçı-publisist, Əməkdar Jurnalist Fazil Güneyin Qarabağ münaqişəsindən bəhs edən üçcildlik "Qara qan” romanının təqdimatı keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxış edərək Fazil Güneyin yaradıcılıq yolundan söhbət açıb.
Bildirib ki, orta məktəbi bitirən Fazil Abbasov (Güney) doğulduğu Cəbrayıl rayonunda təxminən iki il qəzetdə çalışaraq, təcrübəli jurnalistlərin rəğbətini qazanıb. Hələ o zaman onun oçerkləri, kiçik hekayələri mətbuatda dərc olunub, radioda səsləndirilib. Fazil Güney Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsində təhsil aldığı vaxtlardan bədii yaradıcılığa başlayıb. Suriya, İraq və Liviyada hərbi və mülki tərcüməçi olduğu illərdə milli-mənəvi dəyərlərimizin, ədəbiyyatımızın təbliği istiqamətində mühüm işlər görüb. 1975-1976-cı illərdə "İnşaatçı” qəzetində, 1976-1991-ci illərdə isə "Kirpi” jurnalında çalışıb. "Kirpi”də dərc olunan pamfletləri "Ulduz sövdəsi” kitabında toplanıb.
Diqqətə çatdırılıb ki, XX əsrin sonlarında Azərbaycan ictimai-siyasi mühitində baş verən hadisələr, müstəqillik ab-havası Fazil Güneyin yaradıcılıq istiqamətini daha çox jurnalistikaya yönəldib. 1991-ci ilin əvvəlində yaradılan "Assa-İradə” Azərbaycan Beynəlxalq Xəbər Agentliyinin, 1997-ci ildən çıxmağa başlamış ingiliscə "AzerNews” qəzetinin təsisçisi və baş redaktoru, "Azeri Observer” jurnalının direktoru olan Fazil Güney Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm işlər görüb.
Vurğulanıb ki, Fazil Güneyin Qarabağ münaqişəsindən bəhs edən, müasir Azərbaycan reallıqlarını əks etdirən üçcildlik "Qara qan” tarixi romanı ədəbiyyat tariximizdə öz layiqli yerini tutmağa iddialı ən dəyərli ədəbi yaradıcılıq nümunəsidir.
"Roman sevgi və ismət sınağı ilə qarşı-qarşıya qalmış Aysunun əsirliyi fonunda Qarabağ savaşının geniş və dərin mənzərəsini verir. Qarabağ savaşının ilk günlərindən erməni yağıların onlara arxa olmuş havadarlarının köməyi ilə Azərbaycan torpağında törətdikləri vəhşilikləri, habelə vəzifə, mənsəb naminə qüvvələrimizi parçalamış namərd, naxələf siyasətçilərin əməllərini müşahidə etmiş müəllif bütün hərbi və siyasi gerçəklikləri bədii, xarakterik surətlərlə, inandırıcı boyalarla təqdim edir”, – deyə Ə.Amaşov bildirib.
Ahıl Jurnalistlər Birliyinin sədr müavini, Əməkdar Jurnalist Məzahir Süleymanzadə yazıçının yaradıcılığından və Vətən qarşısında xidmətlərindən danışaraq deyib: "Fazil Güney "Qara qan” romanı üzərində 30 il çalışıb. Yazıçı üzün illərdən bəri davam edən yaradıcılıq axtarışlarının yekunu olaraq maraqlı bir əsəri oxucuların ixtiyarına verib. Romanda döyüş səhnələri canlı və inandırıcı boyalarla qələmə alınıb. İnsan taleyindən bəhs edən əsərdə ayrı-ayrı millətlərin nümayəndələrinin mənəvi aləmi də peşəkarlıqla əks olunub. "Qara qan” Azərbaycan publisistikasında dəyərli əsərlərdən biridir. Mənim ən böyük xoşbəxtliyim kitabın redaktoru olmağımdır”.
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Cahangir Məmmədli çıxışında deyib ki, Fazil Güney "Ulduz sövdəsi” pamfletlər toplusunun, "Qara qan” tarixi romanının, müxtəlif illərdə yazdığı hekayə, esse və povestlərindən seçmələrin toplandığı "Yalanın gerçəkliyi” kitabının müəllifi kimi şöhrət qazanıb. "Yalanın gerçəkliyi” kitabı ABŞ-da ingilis dilində nəşr edilib. Fazil Güney bir alim kimi də öz sözünü deyib. Onun "Müasir Suriya romanı” və "Suriya qadın yazıçılarının əsərlərində qadın emansipasiyası” monoqrafiyası mütəxəssislər tərəfindən bəyənilib və bu sahədə yazan müəlliflər üçün iqtibas mənbəyinə çevrilib. "Qara qan” romanının Azərbaycan tarixində özünəməxsus yer tutacağını əminliyini bildirən professor müəllifə yeni yaradıcılıq uğurları arzulayıb.
Tədbirdə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi, ehtiyatda olan polkovnik Şair Ramaldanov, politoloq Reyhan Mirzəzadə və başqaları yazıçının yaradıcılıq axtarışlarından bəhs etməklə yanaşı, roman haqqında təəssüratlarını bölüşüblər. Çıxışlarda romanın bədii-publisistik əhəmiyyəti vurğulanıb, vətənpərvərlik, ana torpağa məhəbbət və yurd təəssübkeşliyi ruhunda yazıldığı qeyd olunub. Diqqətə çatdırılıb ki, roman insanların haqsız olaraq zülm və işgəncələrə məruz qalması, doğma yurdunu, ev-eşiyini itirməsi fonunda müharibənin doğurduğu mühiti, əsirlik əzabı çəkən insanların düşüncə tərzini, zülmə mərdliklə sinə gərdiklərini, habelə neofaşizmlə müqayisə edilə biləcək erməni faşizminin insanlığa böyük təhlükə olduğunu açıq-aydın göstərir. Əsərdə ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər, hərbi və siyasi gerçəkliklər inandırıcı boyalarla təqdim olunur.
Qeyd edilib ki, yazıçının Uzaq Sibirdən, Çin səddindən tutmuş Aralıq dənizinədək böyük bir ərazidə məskunlaşmış qədim bir millətin övladlarını başımıza gələnlərdən xəbərdar etməkdən ötrü hərbi-siyasi, tarixi və məhəbbət süjeti üstündə qurulmuş romanı olduqca maraqlı, oxunaqlı və bitkin təəssürat oyadır.
Tədbirin sonunda müəllif romana verilən yüksək dəyərə görə iştırakçılara təşəkkürünü bildirib.

ABŞ 75 ölkə üzrə viza prosedurunu dayandırdı - Siyahıda Rusiya, Brazilya və İran da var
Fransa İrana peyk terminalları göndərməyə hazırlaşır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Fələstin İdarəetmə Komitəsi yaradıldı, rəhbıəri müəyyənləşdi - Üç ölkə birgə bəyanat yaydı
Ümit Karan Hava limanında saxlanılıb
Sevinc Osmanqızı və daha iki nəfər həbs olunub - TƏFƏRRÜAT
CEYHUN BAYRAMOVUN QARDAŞI YENİ VƏZİFƏYƏ TƏYİN EDİLDİ - Azər Bayramov Mikayıl Cabbarovun müavini oldu
"Qalatasaray"ın futbolçusu: "Çox peşmanam"
Milli komandaya tətbiq olunan sanksiya ləğv olundu
Qumralla aparıcı arasında dava düşdü - VİDEO
BÖLGƏ ADDIM-ADDIM XAOSA GEDİR - İran Türkiyə və daha iki ölkəni hədələdi: "Ölkənizdəki ABŞ bazalarını vuracağıq"
"Fənərbağça"nın hücumçusu "Everton"a "yox" dedi
Bakıda ana qızını bıçaqladı
Hakim sevgilisini güllələyən prokuror həbs edildi - İstanbulda gizli sevgi iki vəzifəli şəxsin karyerasını bitirdi (FOTO)
XİN sözçüsündən TRIPP icrası üzrə çərçivə sənədini şərh: "Bu, əməli işlərə başlamaq üçün mühüm addımdır"
Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb - Açıqlama + FOTO
Bolqarıstanda hökumət böhranı yaranıb - Ölkə yenidən seçkiyə gedir
İlham Əliyev "Mədəniyyət Konsepsiyası"nı təsdiqlədi - Nələr olacaq?
Prezident İlham Əliyev sərəncam imzalayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident İlham Əliyev iki sazişi təsdiqlədi
Bakıda beynəlxalq konfrans keçiriləcək - Hindistanın etnik azlıqlara qarşı repressiv siyasəti ilə bağlı
İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, "Həmkarlar" dəstək verdi - Görəsən AHİK belə hallarda hansı addımı atar?
Himayəçilik Şurasının tərkibi dəyişdi - Kimlər gəldi, kimlər getdi?
Əli Əsədov sərəncam imzaladı
Partiya sədri "ChatGPT"dən özünə "qadın müavin" götürüb
Azərbaycan Beynəlxalq Bankından 781 milyon depozit geri çəkilib
İrandakı etirazlara Azərbaycanda nəcə baxılır? - TƏHLİL
İsrail ordusu İordan çayının Qərb sahilində həbslərə başlayıb
Baha və ucuz məhsullar... - Statistika Komitəsi məlumat yaydı
“Best Beef”un servelat kolbasasında zəərli maddələr var?
Türkiyə universitetlərinə imtahan: sənəd qəbulu başlayıb
Bu bankların əmlakları hərraca çıxarıldı - Siyahı + Qiymət
Sosial şəbəkədə profilləri ələ keçirmək istəyən haker qandallandı
"4 obyekt üzrə tikinti norma və qaydalarına riayət edilməyıb" - Palatanın tələbi icra olunub
Jurnalist Kamil Həmzəoğluya ağır itki üz verib
"Xankəndi" komandasında baş məşqçi dəyişib