"Qərbi Azərbaycanın tarixi, coğrafiyası, folkloru ciddi şəkildə saxtalaşdırılır" - Mürvət YUSİFOV

img

29-07-2017 [14:31]


Mürvət YUSİFOV

Son günlər bir-birinin ardınca Ermənistan Milli Arxivinə istinad edərək "mötəbər" mənbə adı ilə tariximizi saxtalaşdıran kitablar işıq üzü görür. 

Azərbaycanın tərkib hissəsi olan Qərbi Azərbaycanın tarixi, coğrafiyası, folkloru ciddi şəkildə saxtalaşdırılır və təhrif olunur. Bu, məni bir ziyalı kimi olduqca narahat edir. 

Odur ki, üzümü Azərbaycan tarixinin araşdırılmasında öz sözünü demiş, Bütöv Azərbaycan tarixçilərinə müraciət edirəm: - Son günlər bir-birinin ardınca dərc edilən, Qərbi Azərbaycan mahallarının tarixini təhrif edən kitablarla bağlı münasibət qoyun ortaya...

Vətən naminə, millət naminə bunu edin! Bu, birbaşa sizlərin işinizdir!

Digər xəbərlər
SON XƏBƏRLƏR