Bakıda biçaq, çəngəlli kütləvi dava - Yaralananlar var

img

05-07-2017 [11:08]


Abşeron rayonunda 13 nəfərin iştirakı ilə kütləvi dava baş verib.

"Report"un xəbərinə görə, hadisə Sulutəpə qəsəbəsində yerləşən "555" adlı kafedə qeydə alınıb.

Belə ki, sərxoş vəziyyətdə olan 5 nəfər həmin kafedəki digər 8 nəfərlə mübahisə edib.

Dava iştirakçısı olan İsmayıllı rayon sakini Rza Qocayev polislərin kafeyə gəldiyini görərək taksi ilə hadisə yerindən qaçmağa çalışıb. Ancaq o, yolda polislər tərəfindən yaxalanıb. 

Polislər Rza Qocayevi yaxalayarkən onun qan içində olduğunu görərək, dərhal "Təcili tibbi yardım" xidməti çağırıblar. R.Qocayevə ilkin yardım göstərilib.

Şübhəli şəxs qismində Abşeron rayon polis idarəsinə aparılan R.Qocayev dindirilmə zamanı bildirib ki, 13 nəfər arasında baş verən kütləvi dava zamanı bıçaq və çəngəldən istifadə olunub, o döyülüb və kəsik xəsarətləri alıb.

Hazırda idarədə digər şəxslərin də müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

12:27 12.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA