Xaçmazda 4 uşaq anası özünü asıb

img

06-07-2017 [10:37]


Xaçmazda intihar hadisəsi baş verib.

Mia.az "Report"a istinadən xəbər verir ki, iyulun 5-də axşam saat 22 radələrində rayonun Xanlıqoba kəndində 41 yaşlı Natəvan Ramazan qızı Qurbanova intihar edib. Belə ki, o, özünü yaşadığı evdə asıb.

N.Qurbanova 4 uşaq anası olub. Onun meyitini qızları tapıb. İntiharın səbəbi məlum deyil.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsində ekspertiza olunub.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 12.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA