“Seçki ərəfəsində aranı qatmaq istəyənlər olacaq” - YAP deputatın narahatlığını təsdiqlədi

img

03-07-2017 [11:28]


Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yevda Abramov müsahibəsində deyib ki, gələn Azərbaycanda keçiriləcək prezident seçkiləri ərəfəsində ehtiyatlı olmaq lazımdır.

"Seçki elə kampaniyadır ki, nəticəsi bütün zümrələri, insanları qane etmir. Ona görə də seçkinin nəticələrindən qalib tərəf razı, məğlub tərəf isə narazı qalır. Bu, bütün dünyada belədir. Azərbaycanda da seçkinin nəticələrindən narazı qalanlar olacaq. Biz Azərbaycan müstəqillik qazandıqdan sonra müəyyən ajiotajlara rast gəlmişik. Ona görə də seçki ərəfəsində də, seçkidən sonra da müəyyən qüvvələr aranı qatmaq istəyəcək”.

Hakim Yeni Azərbaycan Partiyasının Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə dəModern.az-aaçıqlamasında həmkarının fikri ilə razı olduğunu deyib.

"Əlbətdə ki, seçki ərəfəsində Azərbaycanda bəzi qüvvələr var ki, aranı qatmaq istəyəcəklər. Azərbaycanda hər seçki ərəfəsində xaricdəki anti-Azərbaycan mərkəzləri ölkəmizdə provakasiya törətməyə və gərginlik yaratmağa çalışırlar. Düzdür, bunun üçün Azərbaycanda sosial baza yoxdur. Ancaq pulla ələ alınan, özünü müxalifət adlandıran müəyyən qüvvələr böyük həvəslə buna gedirlər. Eyni zamanda sosial şəbəkələr vasitəsilə savadsız adamları yoldan çıxartmağa, seçki prosesini idarəolunmaz bir istiqamətə yönəltməyə çalışırlar. Ancaq hər seçkidən-seçkiyə onların cəhdlərinin əbəs yerə olduğunu, cəmiyyətin onları dəstəkləmədiyi qənaətinə gəlirlər.Bu seçki ərəfəsində də aranı qatmaq istəyənlər olacaq. Amma yenə də Azərbaycan cəmiyyəti buna layiqincə cavab verə biləcək”.

Modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA