"İbrahim Mehdiyev prezidentin bu dediklərinə məhəl qoymayaraq..." - Partiya sədri

img

02-07-2017 [11:02]


İki gün öncə sizin sayta verdiyim müsahibəmdə bildirmişdim ki, Azərbaycanda bir sıra icra başçıları ölkəni çapıb-talamaq, prezidentin gördüyü işləri sabotaj etməklə məşğuldur.

Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Partiya sədrinin sözlərinə görə, Yasamalda dünən sökülən Hacı Cavad məscidi prezidentə qarşı qurulmuş planın növbəti həlqəsidir:

"Dünən axşam camaatı yuxuya verib Allahın evini sökən İbrahim Mehdiyev prezidentə qarşı açıq formada həyasızlıq etdi. Ölkə başçısı 3 ay bundan öncə məscidin sökülməsinin qarşısını alaraq məsələni nəzarəti altına götürdüyünü demişdi. Amma İbrahim Mehdiyev prezidentin bu dediklərinə məhəl qoymayaraq məscidi uçurdu. Bu həm də dindarları ölkə başçısına qarşı qaldırmğa hesablanmış bir addımdır. Ölkədə bunu kimi məmurlar icra başçıları en qədərdir. İbrahim Mehdiyev təkcə işindən azad olunmamalıdır, onu həbs eləmək lazımdır. Təkcə məscid məsələsinə görə yox. Yasamal Rayonu Bakıda ən çox park olan rayonlarımızdandır. Bu adam hər il parklarda bardyur, üzlük, döşəmə dəyişir, büdcənin anasını ağladırdı. Bilməliydi ki, vaxt gələcək bütün yediklərini qusmaq məcburiyyətində qalacaq. Bax indi həmin vaxt yetişdi. Mən bildirmişdim, bir daha deyirəm bəzi rayonlardaki icra başçıları daha da azğınlaşıblar, yezidlik edirlər, xalqın suyunu kəsirlər. Qardaşım İlham Əliyev səslənərək bildirmək istəyirəm ki, onun əleyhinə rayonlarda kampaniya aparan məmurlar bizi görən kimi qaçıb gizlənirlər. Amma Hafiz Hacıyev də təkdi, mən tam olaraq çatdıra, bu alçaqların ağzını yuma bilmirəm. Ona görə də qardaşıma bildirmək istəyirəm ki, yaxın zamanlarda bütün xəyanətkarların siyahısını hazırlayaraq ona təqdim edəcəm. Onsuz da İlham Əliyev 2018-ci ilə qədər yavaş-yavaş bu xəyanətkarları öz ətrafından kənarlaşdırır. 2018-ci ildən sonra isə onun yanında bir nəfər də olsun rüşvətxor, satqın məmur qalmamalıdır. Mən bu şəxsləri ifşa etmək üçün həyatımı da qurban verməyə hazıram. Heç bir hədə-qorxu, ölüm təhdidi məni yolumdan döndərə bilməyəcək.”


Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA