"Əminəm ki, bizim birgə səylərimiz..." - İlham Əliyevdən Lukaşenkoya məktub

img

01-07-2017 [16:46]


Azərbaycan prezidenti İlham Əliyev belaruslu həmkarı Aleksandr Lukaşenkonu təbrik edib.

Mia.az həmin təbrik məktubunu təqdim edir:

"Hörmətli Aleksandr Qriqoryeviç.

Belarus Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Müasir Belarus nəzərdə tutulan məqsədləri və prioritet vəzifələri uğurla həyata keçirərək dövlətçiliyin və hüquq qaydasının möhkəmləndirilməsi, davamlı sosial-iqtisadi inkişaf sahələrində sanballı uğurlara nail olub.

Azərbaycan ilə Belarusu ənənəvi sıx dostluq, əməkdaşlıq və qarşılıqlı dəstək münasibətləri birləşdirir. Əminəm ki, bizim birgə səylərimiz Azərbaycan-Belarus qarşılıqlı faydalı əməkdaşlığının və çoxplanlı qarşılıqlı fəaliyyətin bundan sonra daha da genişlənməsinə və möhkəmlənməsinə şərait yaradacaq.

Hörmətli Aleksandr Qriqoryeviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, qardaş Belarus xalqına sülh və firavanlıq arzu edirəm".

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA